Putin lətifə danışdı: "Alman dostumdan eşitmişəm"

      Putin lətifə danışdı:   "Alman dostumdan eşitmişəm"
  27 Oktyabr 2022    Oxunub:1585
Rusiya prezidenti Vladimir Putin cümə axşamı “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında ruslara qarşı sanksiyalarla bağlı Almaniyadan olan dostundan eşitdiyi lətifəni danışıb.
“Bu yaxınlarda Almaniyadan olan bir dostum mənə bir lətifəni danışdı. Oğul atasından soruşur: "Ata, niyə belə soyuqdur?". Atası cavab verir:“Çünki Rusiya Ukraynaya hücum edib”. Uşaq bir daha soruşur: "Bəs bununla bizim nə əlaqəmiz var?". "Biz ruslara qarşı sanksiyalar tətbiq etmişik”, - atası cavab verir. Oğlan əlavə edir:"Nə üçün?". Ata cavabında izah edir:"Onlara pis olsun deyə". Təəccüblənən övlad: "Biz rusuq ki?",- deyə sual edir", -Putin ironik lətifəni bitirir.

Qeyd edək ki, Rusiya Ukraynada xüsusi əməliyyata başlayandan sonra Qərb ölkələri Rusiyaya qarşı həm şəxsi, həm də sektoral sanksiyalar tətbiq edib.

Şahanə Rəhimli

AzVision.az





Teqlər:





Xəbər lenti