"Ərdoğan güclü və etibarlı liderdir" - Putin

   "Ərdoğan güclü və etibarlı liderdir" -    Putin
  27 Oktyabr 2022    Oxunub:849
"Prezident Ərdoğan güclü və möhkəm liderdir. O, türk xalqı, iqtisadiyyatı və Türkiyənin maraqlarına uyğun hərəkət edir. Bunu Ərdoğanın enerji və "Türk axını" təbii qaz kəmərinin tikintisi ilə bağlı mövqeyi təsdiqləyir"
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Valday Diskussiya Klubunun illik toplantısında Putin Rusiya ilə Türkiyə arasındakı münasibətləri dəyərləndirərkən deyib.

Turizm, tikinti və kənd təsərrüfatı sahələrində Rusiya və Türkiyənin maraqlarının üst-üstə düşdüyünü ifadə edən Putin: "Ərdoğan öz ölkəsinin maraqlarını müdafiə edir. Üçüncü bir ölkənin maraqlarına uyğun hərəkət etməyə imkan vermir.

Türkiyə və Ərdoğan bu mənada sadəcə tərəfdaş deyillər. Qərarların çoxu uzun və mürəkkəb danışıqlarda qəbul edilir. Hər iki tərəfin razılaşmaq arzusu var və biz razılığa gələ bilirik. Bu mənada Ərdoğan ardıcıl və etibarlı tərəfdaşdır. Bu, onun ən mühüm xüsusiyyətidir”, -deyib.

Onun sözlərinə görə, Ərdoğan hökuməti tərəfindən məqsədəuyğun hesab edilən qərarlar üçün mübarizə aparır.

"Biz də alınan qərarların bizə uyğun olmasını təmin etmək üçün mübarizə aparırıq. Ən həssas məsələlərdə belə həll yollarını tapa bilirik. Münasibətlərimizin ən mühüm xüsusiyyəti etibarlılıq və sabitlikdir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti