Mədən faciəsinə görə 25 nəfər saxlanıldı

   Mədən faciəsinə görə 25 nəfər saxlanıldı
  27 Oktyabr 2022    Oxunub:731
Türkiyənin Bartın vilayətində yerləşən kömür mədənində baş vermiş partlayışa görə cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Bartın Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cinayət işi çərçivəsində 25 şübhəli saxlanılıb. Hazırda hadisə ilə əlaqədar araşdırma davam etdirilir.

Qeyd edək ki, oktyabrın 14-də baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb, çox sayda insan yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti