"Kiyev Vaşinqtonun göstərişi ilə danışıqlardan imtina edib" - Peskov

   "Kiyev Vaşinqtonun göstərişi ilə danışıqlardan imtina edib" -    Peskov
  27 Oktyabr 2022    Oxunub:1196
Kiyev Vaşinqtonun göstərişi ilə Rusiyayla danışıqlardan imtina edib. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, qeyd edib ki, Moskva mövqeyini dəyişmir və danışıqlar masası arxasında öz maraqlarını təmin etmək istəyir.

Lakin söhbət Ukraynanın danışıqlara getmək istəməməsindən gedir.
Daha əvvəl isə Qvineya-Bisau prezidenti Umaru Sissoku Embalo bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putin guya Vladimir Zelenskiyə danışıqlara hazır olması barədə mesaj çatdırmağı xahiş edib.

- Bu işdə konkret mesaj yoxdur və bu barədə heç bir söhbət olmayıb, - Peskov qeyd edib.

Peskov Varşavanın SSRİ-nin Polşanı nasistlərdən azad etməməsi ilə bağlı bəyanatlarına da toxunub. O, bunu dəhşətli yalan və gənc polyak nəslini aldatmaq cəhdi adlandırıb.

"Yalan dəhşətli bir şeydir. Çünki o vaxt Sovet İttifaqının çoxlu vətəndaşları həlak olub. Rusiya Federasiyasının, həmin vaxt Sovet İttifaqının tərkibində olmuş digər respublikaların vətəndaşları Polşanı azad edərkən həlak olublar", - Peskov vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev   Vaşinqton   Rusiya   Peskov  





Xəbər lenti