Ermənistan daha ruslar üçün cəlbedici ölkə sayılmır

Qeyd edilir ki, Tayland bu il reytinqə başçılıq edir. Burada qış tətili üçün sifarişlərin payı 15%-ə çatır. İkinci yerdə rusiyalı turistlərin 11%-nin getməyi planlaşdırdığı məkan Vyetnamdır. Hər onuncu səyahətçinin ziyarət etmək niyyətində olduğu ilk üçlüyü Qazaxıstan qapayır.
Ən populyar beş marşruta həmçinin Türkiyə və Özbəkistan da daxil edilib. Rusların 5,5%-i İndoneziyaya, 4%-i BƏƏ və İsrailə maraq göstərirlər. Xidmətin müştərilərinin üç faizi isə Serbiya və Ermənistana getməyi planlaşdırır.
Onlayn xidmətin mütəxəssisləri 31 dekabrdan 2023-cü il yanvarın 8-dək olan dövr üçün istifadəçi sifarişlərinin məlumatlarını təhlil ediblər.
Məlum olub ki, il ərzində xaric üçün alınmış turların payı üç dəfə artaraq 26 faizə çatıb. Son aylarda bir çox ölkə giriş qaydalarını sadələşdirir və ya koronavirus məhdudiyyətlərini tamamilə aradan qaldırır. Bu isə ruslara səfərləri əvvəlcədən planlaşdırmağa imkan verir və yeni il tətilləri üçün xaricə turist axını getdikcə artır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Rusiya