"Delimitasiyası və demarkasiya ilin sonuna qədər reallaşmayacaq" - Koçaryan

"Delimitasiyası və demarkasiya ilin sonuna qədər reallaşmayacaq" -    Koçaryan
  27 Oktyabr 2022    Oxunub:744
Sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlər ilin sonuna qədər yekunlaşa bilməz. xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü, müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri Andranik Koçaryan brifinq zamanı deyib.
"Müvəqqəti məhdudiyyətlər sərhədin delimitasiyası və demarkasiyasına maneəyə çevrilməməlidir. Əgər biz məhdudiyyətlər qoysaq, bu, bizi heç yerə aparmayacaq", - Köçəryan vurğulayıb.

Onun sözlərinə görə, məlum proseslər zamanı masanın üzərində elə bir sənədin olması vacibdir ki, onun çərçivəsində işləmək mümkün olsun.

Tural Tağıyev
AzVision.az



Teqlər: Demarkasiya  





Xəbər lenti