Senatordan Ukraynanın gələcəyi ilə bağlı qalmaqallı təklif

Senatordan Ukraynanın gələcəyi ilə bağlı qalmaqallı təklif
  27 Oktyabr 2022    Oxunub:873
Ukrayna Xarici İşlər Nazirliyi italiyalı senator Massimiliano Romeonun "beynəlxalq ictimaiyyət ukraynalıların əvəzinə müharibənin taleyini həll etməlidir" çağırışına reaksiya verib.
AzVision.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məsələyə reaksiya verərək deyib ki, "İtaliyalı senatorun bəyanatı yalnız onun şəxsi fikrini əks etdirir".

O, baş nazir Corciya Meloninin bəyanatını xatırladıb. Qeyd edilib ki, Meloni İtaliyanın mövqeyini açıq şəkildə ifadə edib.

"Demək olar ki, hər bir ölkədə Putini razı salmağa çalışacaq siyasətçilər olacaq. Eyni zamanda, onlar bilməlidirlər ki, rus nağıllarını yaymaqla Rusiyanı Ukraynaya qarşı cinayətlərini davam etdirməyə sövq edirlər. Amma Ukraynada sülh olmadan Avropada sülhə dair heç bir şey olmayacaq. Ona görə də italiylı senatorlar da ukraynalıların qələbəsində maraqlı olmalıdırlar. Əlbəttə əgər onlar həqiqətən öz ölkələrinin maraqlarını düşünürlərsə”, - Nikolenko qeyd edib.

Xatırladaq ki, "Liqa" partiyasından olan italiyalı senator Massimiliano Romeo qalmaqallı şəkildə bəyan edib ki, ukraynalılar işğalla bağlı gələcəklərinə dair bütün qərarları müstəqil qəbul etməməlidirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Senator  





Xəbər lenti