"Kiyevə İran dronları ilə hücumlar olub" - Nebıtov

   "Kiyevə İran dronları ilə hücumlar olub" -    Nebıtov
  27 Oktyabr 2022    Oxunub:630
Gecə saatlarında rus işğalçıları Kiyev vilayəti ərazisinə "Şahed" dronları ilə altıdan çox hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebıtov məlumat yayıb.

Nebıtov qeyd edib ki, xilasedicilər hücum nəticəsində baş vermiş yanğını söndürüblərr, hüquq-mühafizə orqanlarının əməkdaşları isə dağıntıların nəticələrini aradan qaldırır, asayişi təmin edirlər.

“İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur”, - vilayət polisinin rəisi Telegramda yazıb.

Eyni zamanda, o fikirlərinə onu da əlavə edib ki, Hava Hücumundan Müdafiə Qoşunları digər ərazilərdə də uğurla çalışıb və rusların bir neçə pilotsuz təyyarəsini uğurla məhv edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev   Dron  





Xəbər lenti