Anomal istilər səbəbindən ölənlərin sayı 68 faiz artıb

Mütəxəssislərin fikrincə, bir neçə onillikdə anomal hava şəraitinin müşahidə olunduğu günlərin sayı 61 faiz artıb. Şiddətli istilərə görə hər il onlarla insan ölür. Məsələn, İspaniyada 2022-ci ildə 1,7 min insan ölüb. Ümumilikdə, son 20 ildə anomal istilərə görə bir neçə yüz min insan həlak olub. Bu, əvvəlki onilliklərlə müqayisədə istiliklə bağlı ölümlərin 68 faiz artmasına dəlalət edir.
Alimlər bəşəriyyətin kritik an yaşadığını, hava şəraitinin sağlamlığa və həyata birbaşa təsir etdiyini, ürək-damar və tənəffüs xəstəliklərini kəskinləşdirdiyini qeyd ediblər. Bundan əlavə, yüksək temperatur müxtəlif bakteriya və virusların yayılmasına səbəb olur.
Aytən Zəhra
AzVision.az
Teqlər: