Binəli Yıldırım evə buraxıldı: "Ağır əməliyyatlar keçirdim"

 Binəli Yıldırım evə buraxıldı:  "Ağır əməliyyatlar keçirdim"
  27 Oktyabr 2022    Oxunub:1899
Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib ki, qəzadan sonra ağır əməliyyatlar keçirib və iki qabırğası sınıb:

“Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhmət var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.

Binəli Yıldırım göstərdiyi diqqətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

***

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu məlum olub.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay tviterdə yazıb. O, B.Yıldırımı və Ş.Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.



Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti