Putinin Xaç qızı ölkədən qaçdı

Rusiyanın bir sıra dövlət xəbər agentliklərinin adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, agentlər Sobçakı həbs etmək üçün hava limanın VİP terminalına göndərilib. Lakin onlar gələnə qədər Sobçak Belarus vasitəsilə Litvaya gedən təyyarəyə minməyi bacarıb.
Britaniya mətbuatında əks olunan iddialara görə, agentlər onu həbs etmək üçün təqib edəndə Sobçak artıq ölkədən qaçmağı bacarmışdı. Lakin onun yaşadığı lüks malikanəyə polis basqın edib və evində axtarış aparılıb.
Kseniya Sobçakın şirkətinin kommersiya direktorunun da bir gün əvvəl saxlanılması şübhələri gücləndirən hal kimi qiymətləndirilib.
Sobçak polisin evinə basqını şərh etməyib, lakin şirkəıtinin direktoru Kirill Suxanovun həbsini pisləyib və bunun onun işi ilə bağlı olduğunu iddia edib.
Kseniya Sobçak Kirill Suxanovun həbsindən sonra verdiyi açıqlama çətin vəziyyətə düşdüyünü açıq-aydın göstərir: “Mən və redaksiyam bunu jurnalistlərə təzyiqin növbəti nümunəsi kimi görürük. Bizi günahlandıracaq heç nə yoxdur. Jurnalistlərimi həbs etməyə davam edirlər. İndi Kirili tutublar və ona qarşı ittiham irəli sürüblər”.
40 yaşlı Rusiya gözəli Putinin çox yaxın ailə dostudur. Putin şəxsən Kseniyanın xaç suyuna salınması mərasimində iştirak edib və uzun müddətdir ki, onun xaç qızı olması barədə şayiələr yayılıb.
Kremlin Sobçaka hakimiyyəti tənqid etmək azadlığını verdiyinə inanılır. Hətta mətbuat konfranslarında Putinə tənqidi suallar verməsinə də şərait yaradılırdı. Bunun üçün qlamur gözəlin xüsusi seçildiyi deyilir.
Bütün bunlarla yanaşı, 2018-ci il seçkilərində Putinə qarşı “müxalifət” namizədi kimi çıxış edən və prezidentliyə namizədliyini irəli sürən Kseniya Sobçak 1,7 səs toplaya bilib. Lakin buna səbəb Vladimir Putinin ən böyük rəqibi olan Aleksey Navalnının seçkilərdə iştirakının qarşısının alınması olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: