NATO Rusiyanı "taxıl sazişi"ni yeniləməyə çağırıb

   NATO Rusiyanı "taxıl sazişi"ni yeniləməyə çağırıb
  26 Oktyabr 2022    Oxunub:1175
NATO Rusiyanı noyabrda başa çatacaq “taxıl sazişi”ni yeniləməyə və Qara dənizin böyük hissəsini müharibə zonasına çevirən təcavüzü dayandırmağa çağırır.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib:

“Rusiyanın Ukraynaya hücumu ilə Qara dənizin bir hissəsi müharibə zonasına çevrilib. Qara dənizdəki rus hərbi gəmilərindən atılan raketlər Ukrayna şəhərlərini dağıdıb. Aylarla Rusiya qüvvələri Ukrayna limanlarını mühasirəyə alıb ki, nəticədə son illərin ən pis qlobal ərzaq böhranı yaşanıb.

Biz Rusiyanı BMT-nin Türkiyənin köməyi ilə əldə etdiyi “taxıl sazişi”ni yeniləməyə və ən çox ehtiyacı olan ölkələrə ərzaq tədarükünün davam etdirilməsinə icazə verməyə çağırırıq”, - Stoltenberq bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti