Atmosferdə istixana qazlarının konsentrasiyası rekord həddə çatıb

   Atmosferdə istixana qazlarının konsentrasiyası rekord həddə çatıb
  26 Oktyabr 2022    Oxunub:763
Yer atmosferində istixana qazlarının konsentrasiyası 2021-ci ildə rekord həddə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.

Qeyd edilib ki, bu, iqlim dəyişikliyi ilə bağlı daha bir xəbərdarlığın göstəricidir.

Ötən il karbon qazının konsentrasiyası orta hesabla milyonda 415,1 hissə təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,9 hissə çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti