Lukoşenko Abxaziyaya səfər edib

Lukoşenko Abxaziyaya səfər edib
  28 Sentyabr 2022    Oxunub:861
Belarus Prezidenti Aleksandr Lukaşenko Abxaziyaya səfər edib. O, burada prezident Aslan Bjaniya ilə görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə "Abxaziya" Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda Aleksandr Lukaşenko və Abxaziya Respublikasının Prezidenti Aslan Bjaniya arasında görüş keçirilir. Gündəliyə ikitərəfli əməkdaşlıq, ticarət-iqtisadi əməkdaşlıq, beynəlxalq vəziyyətin təhlili, cari çağırışlar və təhdidlər daxildir”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti