Əlillik dərəcəsinin verilməsi ilə bağlı layihə hazırlanıb

Əlillik dərəcəsinin verilməsi ilə bağlı layihə hazırlanıb
  28 Sentyabr 2022    Oxunub:529
Qubada əlillik dərəcəsinin təyin edilməsi üçün mərkəzləşdirilmiş qaydada əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb.
Bu barədə AzVision.az
-a Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov məlumat verib.

O bildirib ki, insanlara əlillik dərəcəsinin düşüb-düşmədiyini müəyyən etmək üçün həkim yoxlaması təşkil ediləcək:

"Əlilliyi olan şəxs xəstəxanaya müraciət edir. Mərkəzləşmiş qaydada bütün əlillik dərəcələri üçün xəstə müxtəlif profillər üzrə həkimlərin əyani müayinəsindən keçirilir. Bütün nəticələr pasiyentin gözü qarşısında açıqlandığı üçün hər hansı şikayət və etiraz halları da baş vermir. Hazırda biz bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icazəsi ilə pilot layihə kimi həyata keçiririk. Layihə özünü doğruldarsa, tam hazır formada layihə kimi digər regionlarda həkim məsləhət komissiyaları fəaliyyət göstərilən tibb müəssisələrinə də təqdim ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti