Qubada ilk: Təcili tibbi yardım maşınlarında videomüşahidə

      Qubada ilk:    Təcili tibbi yardım maşınlarında videomüşahidə
  28 Sentyabr 2022    Oxunub:790
Quba rayonunda təcili tibbi yardım maşınlarında xəstələrə videomüşahidə ilə anında yardım aparmaq mümkün olacaq.
Bu barədə AzVision.az -a Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov deyib. O bildirib ki, pilot layihə ilk dəfə Qubada tətbiq edilib.

"Hazırda ikili təcili tibbi yardım maşınına kamera quraşdırılıb. Bu, imkan verir ki, xəstənin profilinə uyğun xəstəxanada olan həkim təcili yardım həkiminə anında müdaxilə etməsi üçün göstərişlər versin. Anında yardım göstərilməklə həm xəstənin həyatı qurtarılır, həm də o ən yaxın tibb mərkəzinə çatdırılır".

Direktor bildirib ki, layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilib: "Uğurlu olarsa, respublika üzrə tətbiqi nəzərdə tutulur. Bu ölüm hallarının azalmasına səbəb olacaq. Məsələn, layihənin tətbiqinə başlanandan Qubada ölüm hallarında kifayət qədər azalma var".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti