ABŞ-ın yeni qırıcısı niyə qanadının altında unitaz daşıyır? – FOTOLAR
Yeni qırıcı təyyarənin qanadının altında bomba üçün nəzərdə tutulmuş yerdə unitaz daşımasının tarixi səbəbləri var.
1965-ci ildə ABŞ-ın “Midway” aviadaşıyıcı gəmisindən qalxan “A-1H Skyraider” göyərtə qırıcısı qanadının altındakı bomba asqısında unitaz daşıyırdı. Həmin yerdə müharibə zamanı Vyetnama atılan sayca 6 milyonuncu bomba olmalı idi. Amerikalılar həmin yuvarlaq rəqəmi vurğulamaq üçün bombanı unitazla əvəz etmişdilər.
“F/A-18E Block III Super Hornet”in xidmətə bu hadisəni yada salmaqla başlaması çox ibrətamizdir. Əslində amerikalılar Vyetnam müharibəsi zamanı etdiklərini unutmağa və unutdurmağa çalışmalıdırlar. Çünki bu, ABŞ tarixinin ən utandırıcı səhifələrindəndir. Texnoloji baxımdan olduqca zəif bir ölkənin başına göydən altı milyon bomba tökməkdə qürurlanmalı heç nə yoxdur. Amma əksinə, bununla fəxr etmək əsl unitaza layiq təfəkkürdür.
Tariyel Həsənov
AzVision.az