BDU-da prorektorların say həddi müəyyənləşdirilib

BDU-da prorektorların say həddi müəyyənləşdirilib
  18 Avqust 2022    Oxunub:916
Bakı Dövlət Universitetində prorektorların say həddi müəyyənləşdirilib.
Nazirlər Kabineti bununla bağlı “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə dəyişiklik edib. Beləliklə, Universitetin 7 (yeddi) prorektoru vardır. Universitetin prorektorlarının sayı Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər.

Qeyd edək ki, prorektorları, Universitetin təqdimatı əsasında Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Təhsil Nazirliyi tərəfindən müəyyən edilən prorektor həyata keçirir.


AzVision.az



Teqlər:





Xəbər lenti