Ukraynada müharibə qızışır

Ukraynada müharibə qızışır
  30 Aprel 2014    Oxunub:930
Qorlovkada şəhər şurası və rayon milis bölməsinin inzibati binaları separatçıların nəzarəti altına keçib.
Bu barədə yerli mətbuat xəbər yayıb. Xəbərlərdə həmçinin bildirilir ki, 20-yə yaxın silahlı işğal olunmuş binaya silah-sursat daşıyır.

Bu arada Ukrayna milisləri Slavyanskda daha bir blokpostu, Çerkasskoye kəndində yerləşən postu ruspərəstlərin əlindən geri alıblar. Bundan əvvəl isə Kombikorm zavodu yaxınlığında yerləşən blokpost ələ keçirilmişdi.

Qeyd edək ki, bu gün səhər Ukraynanın Şərqində hökumətin anti-terror əməliyyatlarını bərpa edilib. Hökumət qüvvələri Slavyansk şəhərinin mərkəzinə doğru irəliləyirlər. Federallaşma tərəfdarlarını özünümüdafiə dəstələri də döyüşə hazır vəziyyətə gətirilib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti