Ölən donuzun orqanları canlandırıldı: Bu kəşf nə vəd edir?

  Ölən donuzun orqanları canlandırıldı:    Bu kəşf nə vəd edir?
  04 Avqust 2022    Oxunub:2720
Dünya elmi yeni inqilabi mərhələyə qədəm qoyub. Belə ki, amerikalı bioloqlar donuzun ölümündən bir neçə saat sonra onun orqan hüceyrələrinin həyati fəaliyyətini yenidən bərpa edə biliblər.
AzVision.az xəbər verir ki, bu elmi yeniliklə bağlı məqalə “Nature” jurnalında dərc olunub.

“İnsan bədəninin və digər məməlilərin hüceyrələri ölümdən dərhal sonra məhv olmur. Biz bu prosesə müdaxilə edə, onu dayandıra və bəzi orqanların, hüceyrə funksiyalarının işini bərpa edə bildiyimizi sübut etdik”, - Amerikanın Yale Universitetindən olan alimlər məqalədə yazıblar.

Məsələnin aktuallığı ondan ibarətdir ki, daxili orqanlar insan bədənindən çıxarıldıqdan sonra onlar müəyyən mənada çox yaşamırlar. Bir qayda olaraq, hətta xüsusi soyuduculardan istifadə edilsə belə, transplantoloqların xəstəyə orqanı köçürmək üçün cəmi 12-18 saat vaxtı olur. Əks təqdirdə donorun orqanı zibil qabına atılmalı olacaq. Toxumaları qorumaq üçün elm adamları qana bənzər mayenin "damarlar" vasitəsilə orqana vurulması ideyasını irəli sürdülər. Eyni zamanda onu karbon qazı və tullantılardan təmizləmək üçün xüsusi cihazlardan istifadə edildi. Bu vəziyyətdə məlum maye oksigen, qidalandırıcı maddələri zənginləşdirilir ki, trombozun qarşısı alınsın. Bu sistem "OrganEx" adlanır.

Amma bu son təcrübələr zamanı yeni sistemin köməyi ilə əməliyyatdan bir saat əvvəl ölmüş donuzun ürəyinin, böyrəklərinin, qaraciyərinin və digər orqanlarının işini qismən bərpa etmək mümkün olub. Kəşfin müəllifləri ümid edirlər ki, bu üsul donor orqanlarının uzun müddət saxlanmasına kömək edəcək.

Xatırladaq ki, bundan əvvəl rus alimləri insult zamanı beyin hüceyrələrinin ölməsinin çarəsi tapmışdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti