AMEA-nın gələcək fəaliyyəti necə olacaq?

   AMEA-nın gələcək fəaliyyəti necə olacaq?
  29 İyul 2022    Oxunub:1322
“AMEA-nın Rəyasət Heyətinin bugünkü toplantısında ölkə başçısının fərmanı ilə akademiyanın tərkibində olan institutların Elm və Təhsil Nazirliyinə verilməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib”. Bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Akademiyanın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür. Onlara elmi-metodiki köməklik göstərmək isə Akademiyanın fəaliyyət istiqamətkləri sırasındadır.

O bildirib ki, xüsusən elmi istiqamətlərin, proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən yerinə yetiriləcək: “Eyni zamanda AMEA bundan sonrakı fəaliyyəti dövründə elm sahəsində qiymətləndirmə, ekspertiza məsələlərini ölkə üzrə həyata keçirmək səlahiyyətlərini də qoruyub saxlayıb. Belə ki, AMEA bununla bağlı işləri təkcə öz tabeliyində olan qurumlarda deyil, digər institutlarda da həyata keçirmək səlahiyyətinə malikdir”.

AMEA-nın vitse-prezidenti bildirib ki, bir çox ölkələrdə Elm və Təhsil Nazirliyi və yaxud da Elm və Təhsil Komitəsi, bəzi ölkələrdə Elm, Təhsil və İdman Nazirliyi, digər ölkələrdə isə Elm,Təhsil, İnnovasiyalar, İdman və Gənclər Nazirliyi kimi formatlar mövcuddur.

"Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil. Prezident İlham Əliyevin imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin yaradılması dünya təcrübəsində özünü təsdiq etmiş son illərin mühüm reallıqlarından biridir. Bundan əlavə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək", - İ.Həbibbəyli əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti