Aİİ-də media nümayəndələri ilə görüş keçirilib

Aİİ-də media nümayəndələri ilə görüş keçirilib
  21 İyul 2022    Oxunub:1424
Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov tədbir iştirakçılarını salamlayaraq, Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb. Prorektor qeyd edib ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, birliyinin möhkəmləndirilməsində böyük rol oynayıb. M.Mürsəlov mətbuatın dövlət-din münasibətlərinə xüsusi diqqət və həssaslıqla yanaşdığını yüksək qiymətləndirib, media nümayəndələrini bu sahədə həyata keçirilən islahatları ictimaiyyətə çatdırmaqda daha fəal olmağa çağırıb.

Prorektor daha sonra qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində, mətbuatımız özünün yeni inkişaf mərhələsinə daxil olub.
M.Mürsəlov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə də bütün sahələrə olduğu kimi, yazarlara, mətbuat işçilərinə, qələm əhlinə xüsusi diqqət və qayğı göstərib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, hər il iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur.
Tədbirdə mətbuat nümayəndələri çıxış edərək, İlahiyyat İnstitutunun fəaliyyəti və mətbuatla əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparıblar.
Sonda ali təhsil müəssisəsinin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən mətbuat nümayəndələri təltif olunublar.



AzVision.az



Teqlər:





Xəbər lenti