AzTU-da yeni tədris mərkəzi açılıb - FOTOLAR

AzTU-da yeni tədris mərkəzi açılıb -   FOTOLAR
  19 İyul 2022    Oxunub:1331
Azərbaycan Texniki Universiteti (AzTU), Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçılığı ilə AzTU-da yeni tədris mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Təhsil Komitəsinin sədri, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin rəisi Tural Məmmədov və digər şəxslər iştirak edib.

Bildirilib ki, tədris mərkəzi AzTU ilə Fransanın “Alstom” şirkətinin birgə həyata keçirdiyi pilot layihədir. Burada dəmir yolu sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlanacaq. Mərkəzdə dəmir yolu sahəsi üzrə Fransa şirkətlərindən dəvət olunan mütəxəssislər tədris aparacaq. Burada tələbələrin dünyagörüşünün artırılması, dil biliklərinin təkmilləşdirilməsi, mühəndislikdə idarəetmənin əsasları və digər istiqamətlərdə biliklər veriləcək. Tədris mərkəzində təhsilini yüksək nailiyyətlərlə başa vuran tələbələr Fransa şirkətlərində, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-də işlə təmin olunacaq. O da qeyd olunub ki, AzTU-nun dəmir yolu sahəsi üzrə bitirən bir neçə məzunu artıq Fransa şirkətlərində işləmək üçün bu ölkəyə dəvət olunub. “Azərbaycan Dəmir Yolları” QSC-də isə hazırda AzTU-nun 400-ə yaxın məzunu müxtəlif vəzifələrdə çalışır.

Çıxışlardan sonra tədris mərkəzinin açılışı olub. Qeyd edək ki, tədris mərkəzi tələbələrin istifadəsi üçün bütün lazımi avadanlıqlarla təchiz olunub.







AzVision.az



Teqlər:





Xəbər lenti