Bayden Türkiyəyə “F-16”ın tədarükünü vəd edib

   Bayden Türkiyəyə “F-16”ın tədarükünü vəd edib
  30 İyun 2022    Oxunub:921
ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində görüş zamanı Ankaraya “F-16” qırıcılarının tədarükü məsələsini müzakirə ediblər

Danışıqlar zamanı ABŞ lideri Türkiyədən olan həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.

Məlumatı respublikaçı senator Qrem Lindsi də təsdiq edərək bəyan edib ki, Türkiyəyə “F-16”ların satışını dəstəkləyirlər.

“Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyəyə, ABŞ-a, NATO-ya və regional təhlükəsizliyə fayda verəcək”, - deyə Qrem Lindsi vurğulayıb.

AzVision.az

Teqlər: ABŞ  







Xəbər lenti