Yakutiyada yanğına qarşı süni yağışlar yağdırılacaq

   Yakutiyada yanğına qarşı    süni yağışlar yağdırılacaq
  24 May 2022    Oxunub:1762
Rusiyanın xüsusi təyyarəsi meşə yanğınları riskini azaltmaq üçün süni yağışlar yağdıracaq. Əməliyyat Yakutiyada reallaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası operativ qərargaha istinadən məlumat yayıb.

Bildirilir ki, regional hakimiyyət orqanlarının məlumatına görə, respublikanın yeddi rayonunda15 meşə yanğını baş verib. Ötən ilin eyni dövründə 82 yanğın hadisəsi qeydə alınıbmış.

Qeyd edək ki, bundan öncə “Rostex”in Yakutiyada təbii yanğınları söndürmək üçün yağıntıya səbəb olan xüsusi piropatronlardan istifadə etməyi planlaşdırdığı qeyd edilirdi.



Tural Tağıyev
AzVision.az



Teqlər: Yağış   Rusiya  





Xəbər lenti