Hindistan Veneraya tədqiqat aparatı göndərir

   Hindistan    Veneraya    tədqiqat aparatı göndərir
  06 May 2022    Oxunub:1536
Hindistan 2024-cü ilin dekabrında Venera ətrafında orbitə xüsusi tədqiqat aparatını buraxmağı planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının sədri Sridhara Somnatx Venera ilə bağlı virtual elmi konfransda məlumat verib.
Marsın yeni görüntüləri - FOTOLAR
- Hindistan çox qısa müddət ərzində Venerada missiya qura və işə başlaya bilər. Çünki Hindistan bu gün belə imkanlara malikdir, - Somnatx deyib.

O qeyd edib ki, agentlik kosmik gəmini 2024-cü ilin dekabrında, Yer və Veneranın minimum yaxın məsafədə olacağı vaxtda buraxmağı planlaşdırır. Belə olan halda minimum yanacaq da sərf olunacaq. Eyni zamanda, planetlərin növbəti belə yaxın mövqeyi yalnız 2031-ci ildə olacaq.

Aparatla planlaşdırılan təcrübələr arasında Venera səthindəki proseslərin və dayaz yeraltı stratiqrafiyanın, o cümlədən aktiv vulkanik qaynar nöqtələrin, lava axınlarının tədqiqi də var. Bundan başqa missiyaya atmosferin strukturunun, tərkibinin və dinamikasının öyrənilməsi, "günəş küləyi"nin Venera ionosferi ilə qarşılıqlı təsirinin tədqiqi də daxildir. .

Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Venera  





Xəbər lenti