Planetin ən yaşlı sakini vəfat etdi

Planetin ən yaşlı sakini vəfat etdi
  25 Aprel 2022    Oxunub:1728
2019-cu ildə dünyanın ən yaşlı insanı kimi tanınan yaponiyalı qadın Kane Tanaka 120 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Tanaka 1903-cü ildə Rus-Yapon müharibəsindən əvvəl anadan olub. O, iki Dünya Müharibəsindən sağ çıxıb və islahatçı İmperator Meijidən başlayaraq onun böyük nəvəsi, indiki İmperator Naruhito ilə bitən beş imperatorun hakimiyyətini görüb.

Tanaka Yaponiyanın Fukuoka prefekturasında qocalar evində məskunlaşıbmış. O, yanvar ayında 119 yaşını qeyd edib. Qadın ən çox qadın qazlı içkiləri və şokoladı sevirmiş.
Tanaka 2019-cu ilin mart ayında planetin ən yaşlı sakini kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Yaponiyanın özündə də rekord vurub.
Tural Tağıyev
AzVision.az



Teqlər: Yaponiya  





Xəbər lenti