Parisdə zibillikdən 100 min avro dəyəri olan skripka tapılıb

Parisdə zibillikdən 100 min avro dəyəri olan skripka tapılıb
  15 Aprel 2022    Oxunub:1647
Parisdə yoldan keçən bir nəfər zibil qabının yanından skripka tapıb. Məlum olub ki, zədələnmiş bu musiqi aləti bir neçə ay əvvəl məşhur musiqiçidən oğurlanıb və onun 100 min avro dəyəri var.
AzVision.az xəbər verir ki, bu barədə "Parisien" məlumat yayıb.

Qeyd olunur ki, 19-cu əsrin sonlarına aid skripka martın əvvəllərində Fransa paytaxtının 18-ci dairəsində Port de Klinyankur ərazisi yaxınlığında tapılıb.

Musiqi aləti "Champs Elysees" orkestrinin musiqiçisi Enriko Teddeyə məxsusdur. Skripka 2021-ci ilin noyabrında musiqiçi Puatyedən Parisə qatarla gedərkən oğurlanıb. Tedde 100.000 avro dəyərində olan bu skripkanı 15 il əvvəl məşhur venesiyalı usta Giulio Deqanidən alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti