Xəstənin mədəsində qızıl külçə aşkarlandı

 Xəstənin  mədəsində qızıl külçə aşkarlandı
  09 Aprel 2022    Oxunub:1643
Rumıniyanın Kluj-Napoka şəhərində yerləşən Oktavian Fodor adına qastroenterologiya və hepatologiya üzrə regional institutun həkimləri cərrahiyyə əməliyyatı zamanı pasiyentin mədəsindən 250 qramlıq qızıl külçəsi çıxarıblar.
AzVision.az Digi24 telekanalına istinadla xəbər verir ki, xəstənin mədəsində qeyri-adi tapıntını aşkarlayan həkimlər dərhal bu barədə polisi məlumatlandırıb.

Şəhərin polis idarəsindən verilən məlumata görə, aparılan yoxlama həkimlərin məlumatını təsdiqləyib, lakin xəstənin əməliyyatdan sonrakı vəziyyəti nəzərə alınaraq hələlik onunla əlaqə saxlamaq mümkün olmayıb. Qanun pozuntusunda şübhəli bilinən bütün halların müəyyən edilməsi üzrə istintaq işləri davam edir.

İnstitutun meneceri Mixay Mleşnisenin sözlərinə görə, qızıl külçəsinin çəkisi 250 qram, uzunluğu təxminən 6,3 santimetrdir. Pasiyent onu “təsadüfən” udduğunu iddia edib.

AzVision.az



Teqlər: Qızıl   Mədə  





Xəbər lenti