Səhv bilet alan qadın lotereyada 10 milyon dollar uddu

Səhv bilet alan qadın lotereyada  10 milyon dollar  uddu
  08 Aprel 2022    Oxunub:2135
ABŞ-ın Kaliforniya ştatından olan LeKedra Edvards lotereya bileti almaq üçün avtomatın yanında dayanarkən bir kişi ehtiyatsızlıq üzündən ona toxunub. Nəticədə qadın yanlış düyməni basıb və əvvəlcə planlaşdırdığını yox, başqa bileti alıb.
AzVision.az “HuffPost”a istinadən xəbər verir ki, yalnış seçim qafına milyonları qazandırıb. Qadının sözlərinə görə, o, cekpotu qazandığını avtomobili ilə şosedə hərəkətdə olarkən öyrənib.

“Bir neçə dəfə biletimə baxdım, proqram vasitəsilə skan etdim, amma yenə də bunun doğru ola bilməyəcəyini düşünməyə davam etdim", - Edvards xatırlayıb.

LeKedra udduğu pulla ev alacağını və çoxdan arzusunda olduğu şəxsi biznesini quracağını bildirib.

AzVision.az


Teqlər: Bilet  





Xəbər lenti