Ailəsindən qaçan kişi 14 ildir hava limanında yaşayır

   Ailəsindən qaçan    kişi 14 ildir hava limanında yaşayır
  28 Mart 2022    Oxunub:1708
Çin sakini ailəsindən bezərək evdən qaçıb və 14 ildir Pekin hava limanında yaşayır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir, o, gündəlik işlərdən yorulub və hava limanında özünü sərbəst hiss edir. Vey Zanquo 2008-ci ildə yerli hava limanında yaşamaq üçün Pekindən köçüb: “Orada azadlığım olmadığı üçün evə gedə bilmədim. Ailəm mənə dedi ki, içkidən və siqaretdən əl çəkməliyəm”, – çinli etiraf edib.

Bundan əlavə, Vey yeni iş də axtarmır. Belə ki, dövlətin ona ödədiyi 1000 yuan müavinətlə yaşayır. Çinlilərin xeyli müddət hava limanında məskunlaşmasına baxmayaraq, polis hələ də ondan razıdır: “Məni qovdular, amma sonra qayıdıram”. Zanquo vətənə qayıtmaq fikrində deyil və orada o, xüsusilə gözlənilmir. Qohumlar artıq kişinin xeyrinə olmayan seçim etməsi ilə barışıblar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Çin  





Xəbər lenti