Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək

Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək
  28 Mart 2022    Oxunub:805
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək.
Mədəniyyət Nazirliyindən AzVision.az - a verilən məlumata görə, konsert mayın 9-da baş tutacaq.

Konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti