Alimlər "5 saniyə" prinsipini sübut etdi

Alimlər "5 saniyə" prinsipini sübut etdi
  13 Aprel 2014    Oxunub:1350
AzVision.az yerli mətbuta istinadən xəbər verir ki,yəqin ki, bir çoxlarınız "5 saniyə prinsipi" – yerdən sürətli qaldırılmış əşya heç düşməmiş hesab edilir fikrinə gülmüsünüz.

İngilis dilli ölkələrdə bu "5 saniyə prinsipi" geniş yayılmışdır. Onların fikrincə yerə düşmüş qida tez bir zamanda yerdən qaldırılarsa onu yemək olar. Bu şəhər əfsanəsi indi də elmi izahını tapdı.

Birmingemdə Aston universitetinin ekspertləri tərəfindən aparılmış araşdırmaya görə, yerə düşmüş məhsulu nə qədər tez bir zamanda yerdən qaldırsanız, onun üzərində bir o qədər az mikrob olacaq.

Alimlərin bu araşdırması 5 saniyə prinsipini təsdiq edir. Yerə düşmüş qidanı qəbul etmək onun üzərindəki mikrobların növündən asılı olaraq bir qədər risk doğurur. Lakin, 5 saniyə prinsipinə əməl edənlər üçün bu araşdırma bir növ sübut rolunu oynayır.

Alimlər müəyyən etmişlər ki, qidanın düşdüyü yerdən, döşəmədən asılı olaraq bakteriyaların ona nüfuz etməsi də fərqlənir.

Eksperiment zamanı müxtəlif örtüklərdən – xalça, laminat və parketdən istifadə olunmuşdur. Alimlər stafilokok və bağırsaq çöplərinin buterbroda, peçenyeyə, makarona və tort diliminə hansı zaman ərzində keçdiyini yoxlamışlar.

Qidanın döşəmə üzərində qalma müddəti 3-30 saniyə arasında dəyişirdi. Və belə aydın olur ki, məhz vaxt məhsulların mikroblara yoluxmasına səbəb olan faktordur.

Məhsullar döşəmə üzərində nə qədər çox qalarsa, onun üzərində bir o qədər çox bakteriya olacaq. Xüsusi təhlükəni isə parket və laminat üzərinə düşən qida yarada bilər.


Teqlər:





Xəbər lenti