Mobil telefonlarla bağlı YENİLİKLƏR
“Bu il satışa çıxan Android sistemli, 2, hətta 3 GB RAM-lı telefonlardan fərqli olaraq, bu telefonun RAM-ı 1 GB-dır. iPhone 6-nın dizaynı da dəyişəcək.
Telefon daha nazik olacaq. Ekranın kənarı da əvvəlki modellərə nisbətən 10-20% daha incə olacaq. Buna görə də ekranı böyük olmasına baxmayaraq, onu tək əllə istifadə etmək rahat olacaq”.
Kuo planşetlərlə bağlı yeniliklərdən də danışıb. Onun sözlərinə görə, Fabletin ekranı 1920x1080 və 5.5 dyum olacaq. Fabletin batareyasının iPhone 5-lə müqayisədə 50-70% böyük olacağını deyib.
iPhone 6, 2014-cü ilin 3-cü rübündə, Fablet isə 4-cü rübündə satışa çıxarılacaq.
Fatimə Kərimli