Şotlandiyada dünyanın ən böyük pterozavr skeleti tapılıb

Şotlandiyada dünyanın ən böyük pterozavr skeleti tapılıb
  22 Fevral 2022    Oxunub:4019
Şotlandiyanın Skay adasında təxminən 170 milyon il əvvəl yaşamış dünyanın ən böyük yura pterozavrının qalıqları tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “Current Biology” jurnalı məlumat yayıb.
- Biz Şotlandiyada Orta Yuradan tapılmış və dövrümüzə qədər yaxşı formada qalmışş yeni 3 metrlik skelet haqqında məlumat veririk... Onun qanadlarının 2,5 metrdən çox olduğu təxmin edilir. Öləndə o, hələ də aktiv şəkildə böyümə dövründə olub. Bu ən böyük Yura pterozavrıdır,-məqalədə yazılıb.

Araşdırmalara görə, bu pterozavrın qanadları əvvəlki tapıntılarla müqayisədə daha böyükdür. Bundan əvvəl, Yura dövründəki pterozavrların qanadları təxminən 1,6-1,8 metrdən çox böyümədiyi güman edilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti