Zibil qutusundan dəyərli rəsm əsəri tapıldı

Zibil qutusundan dəyərli  rəsm əsəri tapıldı
  22 Fevral 2022    Oxunub:3197
Fransada zibil qutusundan dəyəli rəsm əsəri tapılıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, rəsm fransalı rəssam və heykəltəraş, "fovist" hərəkatının lideri Anri Matisin naməlum əsəri olub.
Hərrac nümayəndəsi və qiymətləndirici Cennifer Prempier-Rollandın sözlərinə görə, rəsm ölkənin cənub-şərqində, Var departamentində aşkarlanıb. Əsərin tapılması qəyyumluq proseduru zamanı əmlakın yoxlanılması prosedurunda təsadüfən baş verib.

- Bu bir qadın portretidir. Şəkil karton qutuda olub və zibil qalaqlarının altında qalıbmış. Rəsmdə Matisin imzası da olub,-məqalədə yazılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti