Mars Yerə maksimum yaxınlaşacaq

Mars Yerə maksimum yaxınlaşacaq
  10 Aprel 2014    Oxunub:2507
Mars Yerə maksimum yaxınlaşacaq
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, aprelin 14-də Yer sakinləri qırmızı planeti aydın görə biləcəklər. “Aprelin 9-u Yer, Günəş və Mars eyni xətt üzərində düzüləcək. Ondan bir neçə gün sonra isə yəni, aprelin 14-də Mars Yerə 90 milyon kilometr məsafədə yaxın olacaq” - deyə Sankt-Peterburqun Pulkovski adına rəsədxananın baş elmi işçisi Sergey Smirnov bildirib.

Astronomlar bu hadisəni “Marsın müxalifəti” adlandırır. Çünkü belə hallarda Günəş və Mars səmanın əks tərəfində yerləşir. Mütəxəssizlərin dediyinə görə, bu mənzərəni qaranlıq düşüncə seyr etmək mümkün olacaq. İki planetin belə yaxın məsafədə yaxınlaşması 50 gündən və iki ildən bir baş verir. Smirnovun sözlərinə görə, Mars Yerə bundan daha artıq da yaxınlaşa bilir. Həmin vaxt yerlə Marsın arasında 50-60 milyon kilometr məsafə olur. Lakin bu yaxınlaşma 15-17 ildən bir baş verir.




Teqlər:





Xəbər lenti