Meymun dişləyən 5 yaşlı qız öldü

Meymun dişləyən 5 yaşlı qız öldü
  10 Fevral 2022    Oxunub:3695
Hindistanda faciəvi hadisə baş verib. Bir qrup meymunun hücumuna məruz qalan beş yaşlı qız ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır. Qeyd edilir ki, faciəvi hadisə uşaq həyətdə dostları ilə oynayan zaman baş verib. Meymunlar uşaqlara hücum etdikdən sonra onları dişləyərək ağır şəkildə yaralayıblar.

- Köməyə gələn böyüklər meymunları qovublar və içərisində ağır yarası olan uşağı xəstəxanaya çatdırmağa nail olublar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb,-məqalədə yazılıb.

AzVision.az



Teqlər: Meymun   Hindistan  





Xəbər lenti