Marallarda "Omikron"un tapılması yeni ştamların yaranması təhlükəsini artırıb

Marallarda  "Omikron"un  tapılması yeni ştamların yaranması təhlükəsini artırıb
  09 Fevral 2022    Oxunub:3188
ABŞ-da ağquyruq marallarda “Omikron” ştamı tapılıb. AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilir ki, heyvanlarda “Omikron”un aşkarlanması COVİD 19-un yeni ştamının meydana gəlməsinə səbəb ola bilər.

Hazırda mütəxəsislər Amerikada sayı 30 milyon olan ağquyruq maralların koronavirusun yeni ştamının yaranmasına səbəb ola biləcəklərindən narahatdırlar. Nyu Yorkdakı Staten-Aylenddə 131 maralın qan və burundan götürülən analiz nümunələri göstərib ki onların təxminən 15%-ində virusa qarşı antikorlar formalaşıb.

Penn State Univeritetinin rəhbərlik etdiyi tədqiqatçılar isə heyvanların yeni ştamın daşıyıcısı olmaqla yanaşı əvvəllər də koronovirus infeksiyasına yoluxduğunu müəyyən ediblər. Bu da onu göstərir ki marallar yeni növ ştamların daşıyıcısı olmasına və ya yaratmağa həssasdırlar.

Aytən Əzimova
AzVision.az



Teqlər: Maral   Ştamm  





Xəbər lenti