Yanğın 40 minə yaxın quşu tələf etdi

Yanğın    40 minə    yaxın quşu tələf etdi
  08 Fevral 2022    Oxunub:1973
Rusiyada 40 minə yaxın quşun məhvinə səbəb olan yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Fövqəladə hallar xidmətinin nümayəndəsi jurnalistlərə verdiyi açıqlamada deyib ki, Perm diyarının Kunqurski rayonunda təxminən 1,7 min kvadratmetr sahədə baş vermiş yanğın zamanı quşçuluq fermasının damı uçub, 33 mindən çox toyuq isə tələf olub.
Yanğının hansı şəraitdə baş verməsi araşdırılır.



AzVision.az



Teqlər:





Xəbər lenti