Çoban 1150 qoyunu ilə birgə yanıb kül oldu - VİDEO

Çoban 1150 qoyunu ilə birgə yanıb kül oldu -    VİDEO
  31 Yanvar 2022    Oxunub:1479
Bu gün Qazaxıstanın Türküstan vilayətinin Baydibek rayonunun Alqabas kəndi yaxınlığında faciəvi hadisə baş verib. Mal-qara saxlanılan ikimərtəbəli nəhəng tikili yanaraq kül olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

- Yanğın nəticəsində 1150 baş qoyun və 150 ​​ton preslənmiş ot yanıb. Hadisə yerində bir çobanın meyiti də tapılıb, - xilasetmə xidmətindən verilən məlumatda deyilir.

Yanğının lokallaşdırılması və söndürülməsinə təxminən 1,5 saat vaxt sərf olunub. Yanğının 780 kvadratmetrdən çox ərazini əhatə etdiyi bildirilir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Yanğın   Çoban   Qoyun  





Xəbər lenti