“Facebook”a ağır ittihamlar: Qlobal media şəbəkəyə qarşı birləşdi

  “Facebook”a ağır ittihamlar: Qlobal media şəbəkəyə qarşı birləşdi
  26 Oktyabr 2021    Oxunub :524
Bir neçə məşhur beynəlxalq KİV-də “Facebook dosyesi” adlandırılan materiallar dərc olunub. “Facebook”un keçmiş meneceri Frensis Hauqenin şirkətin daxili fəaliyyəti barədə təqdim etdiyi sənədlər əsasında aparılan araşdırmadan aydın olub ki, sosial şəbəkə bir neçə il ərzində elə özünün qoyduğu qaydaları pozub.
“Financial Times” qəzeti yazıb ki, “Facebookun dosyesi”nə görə, postların dərc olunmasında amerikalı siyasətçilərə və məşhur adamalara imtiyazlar verilməsi naminə şirkətin rəhbərliyi sosial şəbəkənin işinə müdaxilə edib. Sosial şəbəkənin qeyri-ingilis dilli ölkələrdə nifrətin qızışdırılması ilə mübarizə aparmadığı və öz alqoritmlərinin işinə diqqət yetirmədiyi də bildirilir.

“The Washington Post” nəşri şirkətin təhlükəsizlik məsələlərinə etinasızlıq göstəridyini qeyd edib.

“The Wall Street Journal” qəzetinin yaydığı məlumata görə isə, bu və ya digər kontentin moderasiyası barədə qərar verərkən şirkət siyasi konyunkturadan çıxış edir. Nəşr “Facebook”un süni intellektinin sosial şəbəkədə kontenti effektli moderasiya etmək qabiliyyətində olmadığını da açıqlayıb.



Sadalanan məqamlarla bağlı ABŞ Senatında ifadə verən “Facebook”un keçmiş menceri xanım Frensis Hauqen şirkəti yalan informasiyanın yayılmasına dəstək verməkdə və cəmiyyətdə ixtilaf yaratmaqda günahlandırıb.

“Facebook Inc” şirkətinin rəhbəri Mark Zukerberq bu məlumatları şirkətə böhtan atmaq cəhdi kimi qiymətləndirib. Özünün “Facebook” səhifəsində şərh yazan Zukerberq bütün böyük “şirkətlərin səhih yoxlanması” zərurətini vurğulayaraq, xoşniyyətli tənqidin “Facebook”un daha yaxşı olmasına kömək etdiyini bildirib. Bununla belə, o, xüsusi qaydada seçilmiş açıq sənədlər ətrafında əlaqələndirilmiş cəhdlərin müşahidə edildiyini düşünüdüyün deyib.

Zukerberq iddia edir ki, “Facebook”da mövcud olan daxili proqram şirkətin işləyib-hazırladığı bütün məhsulların təsirini öyrənir və bütün proseslərin “şəffaflığının təminatı” ilə məşğul olur.
- Biz qərar qəbul verəndə rəqabət aparan sosial aspektlər arasında tarazlığa əməl olunmasına riayət etməliyik. Məsələn, söz azadlığı ilə zərərli kontentin ixtisar olunması və ya şifrələnmiş konfidensiallıqla hüquq-mühafizə orqanlarının dəstəklənməsi, yaxud da ki, araşdırma aparmaq imkanı ilə məlumatların bloklanması arasında. Bu məsələlər ilk növbədə bizim biznesimizə yox, mürəkkəb sosial dəyərlərin tarazlığına aiddir və mən dəfələrlə tənzimlənmənin işə salınmasına çağırmışam. Çünki şirkətlərin belə qərarı müstəqil şəkildə verməli olduqlarını düşünürəm,- Mark Zukerberq vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Facebook   Sukerberq  







Xəbər lenti