Telefonlar necə dinlənilir?

Telefonlar necə dinlənilir?
  23 Mart 2014    Oxunub:20107
Son vaxtlar telefon danışıqlarının dinlənilməsilə bağlı qalmaqallar tez-tez müxtəlf ölkələrin gündəmində bomba kimi partlayır. Bu hallar niyə çoxalıb? Ümumiyyətlə, telefon danışıqlarını necə dinləmək olar?

Bunun üçün müxtəlif üsullar var. Stasionar telefonların dinlənilməsi üçün ilk növbədə məhkəmənin hokum olmalıdır. Daha sonra bu qərar telekom şirkətinə təqdim olunur və bundan sonra şirkət dinləmə həyata keçiriləcək bölgənin polis idarəsilə əlaqə qurur, onların vasitəsilə dinləmə həyata keçirilir.

Dinlənmə həm canlı, həm də yazılaraq reallaşdırıla bilər. Bunun üçün lazım olan cihazlar dinlənilən şəxs telefon danışığına başladığı anda səsi yazmağa başlayır. Qeydə alınan yazılar arasında hər hansısa söz və ya həmin şəxsin səs tonu ilə axtarış etmək olur.

Rəsmi yollardan başqa, qeyri-rəsmi yolla da telefon danışığına qulaq asmaq olar. Bu üsullardan biri telefon aparatına danışğı ötürəcək alət (`juçok`) yerləşdirməkdir. Bu cihaz telıefona zəng gələndə yaxud da telefondan zəng gedəndə avtomatik işə düşür.

Binalardakı telefon qutularına və ya telefon xəttlərinə qeyri-leqal yolla qoşulmaqla paralel bağlanmaq və bu yolla da danışıqlara qulaq asmaq olar.

Evdə və işdə istifadə olunan simsiz telefonlara qulaq asmaq üçün isə onların tezliyini tutmaq lazımdır. Hazırda bunun üçün xüsusi tezlik tutan cihazlar var.

Bu qaydalar mobil telefonlar üçün də keçərlidir. Belə ki, xüsusi cihazlar vasitəsilə mobil telefonların tezlikləri pelenqasiyaya götürülür. Bundan başqa, cihaz yerləşdirmə prinsipilə mobil operator vasitəsilə də dinləmə həyata keçirmək mümkündür.

Smartfonları dinləmək lap asandır. Telefona hansısa proqram göndərilir (mms, yaxud attachment ilə) və telefon sahibi özünün xəbəri olmadan bu proqramı telefonuna yükləyir. Bundan sonra onun bütün danışıqlarını dinləmək olur. Telefon danışğı başlayan anda həmin proqram dinləməni həyata keçirən şəxsə avtomatik zəng edir və onu xəbərdar edir. Bundan sonar bütün danışıq yazılır.

Fatimə


Teqlər:





Xəbər lenti