Suriyada 15 müəllim qaçırıldı

  26 Sentyabr 2021    Oxunub :279
Suriyada 15 müəllim qaçırıldı
Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd-ərəb birləşmələrinin döyüşçüləri Əl-Haseke əyalətində 15 müəllimi qaçırıb.
Azvision.az xəbər verir ki, bu barədə “SANA” agentiliyi məlumat yayıb. Bildirilir ki, silahlılar Kamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatı pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, daha əvvəl şəhərdə dövlət məktəblərinin bağlanmasına etiraz olaraq aksiya keçirilmişdi.

Azvision.az

Teqlər:







Xəbər lenti