Bakıda qazinin pulu və medalı oğurlanıb

Bakıda qazinin pulu və medalı oğurlanıb
  24 Sentyabr 2021    Oxunub:795
Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin (DİN) “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3 750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.
Bu barədə Azvision.az -a DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb.

Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb.

Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib. Faktla bağlı 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

"Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti