COVID-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

  21 Sentyabr 2021    Oxunub :274
   COVID-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq
“Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir”.
Azvision.az -ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N. Allahyarova bildirib ki, bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

“Oktyabrın 1-dən etibarən immun sertifikatı və COVİD-19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək”, - deyə N. Allahyarova qeyd edib.

Azvision.az

Teqlər: DANX  







Xəbər lenti