ANAMA Qarabağda 63 mina aşkarlayıb

   ANAMA Qarabağda 63 mina aşkarlayıb
  20 Sentyabr 2021    Oxunub:812
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Azvision.az -a bildiriblər ki, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 324 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti