Qanunsuz qum daşıyanlar cəzalandırılıb

Qanunsuz qum daşıyanlar cəzalandırılıb
  20 Sentyabr 2021    Oxunub:885
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı rayonun sahil zolağından ekskavator və “MAZ” markalı 27-BU-102 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Azvision.az -a bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Xaçmaz rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər.

Azvision.az


Teqlər: Qum  





Xəbər lenti