Son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

   Son sutkada 2042 nəfər COVID-19-a yoluxub,    29 nəfər ölüb
  18 Sentyabr 2021    Oxunub:731
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2042 yeni yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430717 nəfər müalicə olunaraq sağalıb, 6280 nəfər vəfat edib, aktiv xəstə sayı 33988 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15666, ötən müddət ərzində isə ümumilikdə 4731381 test aparılıb.

Azvision.az


Teqlər: Covıd-19  





Xəbər lenti