Avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət gücləndirilib

Avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət gücləndirilib
  17 Sentyabr 2021    Oxunub:835
Pandemiya dövründə vətəndaşlarının sağlamlığı naminə avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət tədbirləri gücləndirilib.
Bu barədə Azvision.az -a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ila həftə sonları – şənbə va bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydalara əməl edilmir.

Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsi halları müşahidə olunur.

Müşahidə olunan neqativ hallarla bağlı həftə sonları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası sərnişindaşımalarının qarşısının alınması üçün şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilə bilər.

Bunu nəzərə alaraq, diqqətə çatdırıram ki, "Fərqlənmə nişanı", "Taksi" tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin qarşısı alınacaqdır.

Hərəkət iştirakçılarını müəyyən olunan qayda və tələblərə əməl etməyə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə intizam nümayiş etdirməyə çağırıram. Bu tələb, hər birimizin sağlamlığı ilə əlaqəlidir. Qeyd olunan tələbləri pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunacaqdır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti